
22 sentyabr 2025-ci il tarixdə Sədərək kənd 2 saylı tam orta məktəbində Sədərək Rayon İcra Hakimiyyətinin, Gənclər və İdman İdarəsinin və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə yeniyetmələrdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin yüksəldilməsi məqsədilə “Görünməyən Qəhrəmanlar-27 sentyabr” sənədli filmi nümayiş olunmuşdur. Filmə başlamazdan əvvəl vətənimizin bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, sonra Sədərək Rayon İcra Hakimiyyəti yanında Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın icraçı katibi Nazim Mehdiyev, Gənclər və İdman İdarəsinin məsləhətçisi Məhəmməd Füzuli yeniyetmələri məlumatlandırmışlar. Filmi 20 şagird izləmişdir

