
Qəbuldan əvvəl Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə və Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyev Ümummilli Lider Heydər Əliyevin Heydərabad qəsəbəsində ucalan abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.
Sədərək Rayon İcra Hakimiyyətinin inzibati binasında keçirilən qəbulda vətəndaşların müraciəti əsasən ictimai iaşə və ticarət obyektlərinin tikintisi, heyvandarlıq və ailə təsərrüfatlarının genişləndirilməsi məqsədilə güzəştli maliyyə dəstəyinin ayrılması və digər məsələlərlə bağlı olub.
Qəbulda hər bir vətəndaşın müraciəti dinlənilib, onlara Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi qaydaları barədə izahlar verilib, Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.
