Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi müsahibə elan edilib

Dövlət İmtahan Mərkəzi tərəfindən dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması məqsədilə 15 iyul 2026-cı il tarixində ümumi müsahibə elan edilmişdir. Elana uyğun olaraq sənəd qəbulu yalnız Dövlət İmtahan Mərkəzinin internet portalı vasitəsilə elektron qaydada həyata keçirilir və 13 avqust 2026-cı il saat 18:00-dək davam edəcək. Qeyd edək ki, elan edilmiş vakant vəzifələr arasında Sədərək Rayon İcra Hakimiyyəti üzrə 2 vakant inzibati vəzifə də yer almışdır. Müvafiq tələblərə cavab verən namizədlər müəyyən edilmiş müddət ərzində Dövlət İmtahan Mərkəzinin elektron portalı vasitəsilə müraciət edə bilərlər. https://exidmet.dim.gov.az/dqq/Elan/UmMshMshElanList...