Dəmirçi kəndində 27 Sentyabr – Anım Günü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib

26 sentyabr 2026-cı il tarixində 27 Sentyabr – Anım Günü ilə əlaqədar Sədərək rayonunun Dəmirçi kəndində ağacəkmə aksiyası keçirilib. Aksiyada Sədərək Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, başçının səlahiyyətlərini müvəqqəti icra edən Yusif Seyidov, həmçinin rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak ediblər. Aksiya çərçivəsində 1 hektar ərazidə bərpa və abadlıq işləri aparılıb, ərazidə 100 ədəd tut tingi əkilib. Keçirilən ağacəkmə aksiyası ətraf mühitin mühafizəsi, yaşıllıq sahələrinin genişləndirilməsi və rayon ərazisinin ekoloji vəziyyətinin yaxşılaşdırılmasına töhfə verib.