1990-cı il avqustun 28-də yaradılan Sədərək rayonu ötən 36 il ərzində mühüm inkişaf yolu keçmiş, sosial-iqtisadi və ictimai həyatın müxtəlif sahələrində əhəmiyyətli nailiyyətlər əldə etmişdir. Sədərək rayonu tarixən Azərbaycanın dövlətçilik ənənələrinin, milli iradəsinin və vətənpərvərlik ruhunun yaşadıldığı ərazilərdən biri olmuşdur. Rayon sakinləri hər zaman ölkəmizin ərazi bütövlüyünün və dövlət müstəqilliyinin qorunmasına öz layiqli töhfələrini vermişlər. Bu əlamətdar gün münasibətilə Sədərək rayonunun bütün sakinlərini təbrik edir, hər bir ailəyə cansağlığı, əmin-amanlıq, rifah və firavanlıq arzulayırıq. İnanırıq ki, dövlətimizin diqqət və qayğısı sayəsində Sədərək rayonu bundan sonra da inkişaf edəcək, qarşıya qoyulan məqsədlər və müəyyən edilmiş hədəflər uğurla həyata keçiriləcəkdir.