Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, hörmətli Mehriban xanım Əliyevanı doğum günü münasibətilə təbrik edirik!

Mehriban xanım Əliyevanın ölkəmizin ictimai-siyasi, sosial və mədəni həyatında, xüsusilə təhsil, səhiyyə, mədəniyyət və humanitar sahələrdə həyata keçirdiyi çoxşaxəli fəaliyyət xalqımızın rifahına və Azərbaycanın beynəlxalq nüfuzunun daha da yüksəlməsinə mühüm töhfələr verir. Heydər Əliyev Fondunun rəhbəri kimi həyata keçirdiyi genişmiqyaslı layihələr, milli-mənəvi dəyərlərimizin qorunması, zəngin mədəni irsimizin dünyada tanıdılması, uşaqların və xüsusi qayğıya ehtiyacı olan insanların müdafiəsi istiqamətində gördüyü işlər böyük rəğbət və minnətdarlıqla qarşılanır. Bu əlamətdar gündə hörmətli Mehriban xanım Əliyevaya möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, xoşbəxtlik və ölkəmizin inkişafı, milli maraqlarımızın qorunması, xalqımızın rifahının daha da yüksəldilməsi naminə fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!
Doğum gününüz mübarək, hörmətli Mehriban xanım!