Qəbul zamanı vətəndaşların müraciətləri əsasən taxılyığan kombaynlarla bağlı lizinq ödənişlərinə güzəştlərin tətbiqi, heyvandarlıq təsərrüfatlarının inkişafı üçün aqrar kreditlərin əldə edilməsi, güzəştli şərtlərlə xırdabuynuzlu və iribuynuzlu heyvanların alınması, eləcə də arıçılıq avadanlıqları ilə təminat məsələləri haqqında olub.
Görüş zamanı Mehman Veysəlov dövlət başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı imzaladığı sərəncamların aqrar sahədə istehsalçıların rifahının yüksəldilməsinə və ölkədə kənd təsərrüfatının davamlı inkişafına mühüm töhfə verdiyini vurğulayıb. Qəbulda iştirak edən vətəndaşlar göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.
Qəbuldan sonra Mehman Veysəlov rayon ərazisində yerləşən fermer Qədimli Fuad Tahir oğluna məxsus 18 hektar kartof sahəsinə baxış keçirib. Görüşdə aqrar sahəyə dövlət dəstəyi tədbirləri və digər mövzularda fikir mübadiləsi aparılıb, fermerləri maraqlandıran suallar cavabalandırılıb.