9 Noyabr – Dövlət Bayrağı Günü

Bu gün xalqımızın milli qürurunu, müstəqilliyini, dövlətçiliyini və azadlıq ideallarını özündə əks etdirən üçrəngli Dövlət Bayrağımızın günüdür. Mavi, qırmızı və yaşıl rənglərin vəhdətindən yaranan müqəddəs bayrağımız xalqımızın tarixi köklərini, müasirliyə bağlılığını və milli-mənəvi dəyərlərini təcəssüm etdirir. Bu gün üçrəngli bayrağımız müstəqil Azərbaycanın suverenliyinin, ərazi bütövlüyünün və dövlətçilik əzminin rəmzi kimi ölkəmizin hər bir guşəsində, o cümlədən işğaldan azad edilmiş torpaqlarımızda qürurla dalğalanır.
Bayrağımız daim yüksəklərdə dalğalansın!
9 Noyabr – Dövlət Bayrağı Günümüz mübarək!