
6 Noyabr tarixində “8 noyabr - Zəfər Günü” münasibətilə Sədərək Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Heydərabad qəsəbə ərazisində ağacəkmə aksiyası keçirilib.
Ağacəkmə aksiyasında Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə, YAP Sədərək Rayon Təşkilatının sədri Arif Qasımov, idarə müəssisə və xidmət sahələrinin rəhbərləri, şəhid ailələri, qazilər və müharibə iştirakçıları iştirak ediblər. Aksiya iştirakçıları tərəfindən ağac əkilən ərazidə əvvəlcədən təmizlik işləri aparılıb və əkin üçün hazır vəziyyətə gətirilib. Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsinə ehtiram əlaməti olaraq təşkil edilən bu aksiya zamanı 450 ədəd tut tingi əkilərək texniki qulluq göstərilib, suvarma işləri həyata keçirdilib.








