“27 Sentyabr-Anım Günü”nə həsr edilmiş Şahmat birinciliyi keçirilmişdir

25 sentyabr 2025-ci il tarixində Sədərək Rayon İcra Hakimiyyətinin, Gənclər və İdman İdarəsinin və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Sədərək rayon Uşaq Gənclər Şahmat məktəbində “27 Sentyabr-Anım Günü”nə həsr edilmiş Şahmat birinciliyi keçirilmişdir. Yarışa başlamazdan əvvəl vətənimizin bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz  xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Keçirilən birincilikdə ümumtəhsil məktəblərinin 33 şahmatçı şagirdi iştirak etmişdir. Birinciliyin yekun nəticələrinə əsasən oğlanlar arasında I yerə İbrahimzadə Anar, II yerə Quluzadə Mürsəl, III yerə Quluzadə Ayaz ,qızların mübarizəsində isə I yerə Əbilova Nuray, II yerə Yusifova Zeynəb, III yerə isə Alırzayeva Nurtac layiq görülmüşdür. Sonda qaliblər təşkilatçıların diplomları və medallarla mükafatlandırılmışlar.