Tədbirdə Sədərək Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, başçının səlahiyyətlərini müvəqqəti icra edən Yusif Seyidov, şəhid ailələri, idarə, müəssisə və təşkilatların rəhbərləri, Ali Məclisin deputatları, hüquq-mühafizə orqanlarının rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Sədərək Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, başçının səlahiyyətlərini müvəqqəti icra edən Yusif Seyidov, Yeni Azərbaycan Partiyası Sədərək rayon təşkilatının sədri Vüsalə Əliyeva, Ali Məclisin deputatı Zeynəb Quliyeva və şəhid atası İlham Abdullayev çıxış ediblər. Çıxışlarda şəhidlərimizin Vətən uğrunda göstərdiyi qəhrəmanlıqdan və onların əziz xatirəsinin daim ehtiramla yad edilməsinin vacibliyindən bəhs olunub. Daha sonra Sədərək Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən mülki qəbiristanlıqda dəfn olunan şəhidlərin məzarları ziyarət edilib, məzarları üzərinə gül dəstələri qoyulub. Həmçinin Anım Günü ilə əlaqədar şəhid ailələri ziyarət olunub, onların qayğı və problemləri ilə maraqlanılıb, şəhidlərimizin əziz xatirəsinə dərin ehtiram ifadə olunub.