26.11.2026-cı il tarixdə Sədərək rayonunda şəhid leytenant Nadirli Ərtoğrul Hümbət oğlunun anım günü qeyd olunub.

Şəhid leytenant Nadirli Ərtoğrul Hümbət oğlunun şəhadətə yüksəlməsinin 6-cı ildönümü münasibətilə Sədərək Rayon Şəhidlər xiyabanında anım tədbiri keçirilib. Tədbirdə şəhidin məzarı ziyarət olunub, üzərinə gül dəstələri düzülüb, əziz xatirəsi ehtiramla yad edilib, ruhuna dualar oxunub. Anım mərasimində Sədərək Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, başçının səlahiyyətlərini müvəqqəti icra edən Yusif Seyidov, Yeni Azərbaycan Partiyası Sədərək Rayon Təşkilatının sədri Vüsalə Əliyeva, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Zeynəb Quliyeva, rayon ağsaqqalı Arif Qasımov, şəhid ataları İlham Abdullayev və Hümbət Rzayev çıxış ediblər. Çıxışlarda şəhid Ərtoğrul Nadirlinin keçdiyi şərəfli döyüş yolundan, Vətən uğrunda göstərdiyi qəhrəmanlıq və fədakarlıqdan bəhs olunub, onun xatirəsinin xalqımızın qəlbində daim yaşayacağı vurğulanıb. Allah bütün şəhidlərimizə rəhmət eləsin!