Sədərək Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, başçının səlahiyyətlərini müvəqqəti icra edən Yusif Seyidov Dəmirçi kəndində sakinlərlə səyyar qəbul keçirib. Qəbul zamanı kənd sakinlərinin müraciət və təklifləri dinlənilib, onları narahat edən məsələlər müzakirə olunub. Sakinlər tərəfindən qaldırılan məsələlərin araşdırılması və həlli istiqamətində aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib. Səyyar qəbulların keçirilməsində əsas məqsəd vətəndaşların müraciətlərini yerində dinləmək, mövcud problemləri öyrənmək və onların həlli istiqamətində operativ tədbirlər görməkdir.