Tədbirdə çıxış edən Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə dövlət qulluqçularını peşə bayramı münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Bildirib ki, dövlət qulluqçuları ölkənin idarəçilik sistemində mühüm rol oynayır, vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, dövlət siyasətinin həyata keçirilməsi istiqamətində məsuliyyətli və şərəfli vəzifəni yerinə yetirirlər.
Tədbirdə həmçinin Sədərək Rayon İcra Hakimiyyətinin əməkdaşı Hənifəzadə İbrahim və Sədərək Rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Məhəmməd Fizuli çıxış edərək dövlət qulluqçularının peşə bayramı münasibətilə öz təbriklərini çatdırmış, dövlət qulluğunun cəmiyyətdəki əhəmiyyəti və məsuliyyəti barədə fikirlərini bölüşmüşlər.
Daha sonra dövlət qulluğunda səmərəli fəaliyyətinə görə bir sıra dövlət qulluqçularına Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə tərəfindən təşəkkürnamələr və hədiyyələr təqdim olunub.
Sonda tədbir iştirakçıları ilə xatirə şəkli çəkdirilib və dövlət qulluqçularına gələcək fəaliyyətlərində uğurlar arzulanıb.