Sədərək Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, başçının səlahiyyətlərini müvəqqəti icra edən Yusif Seyidov şəhidlik zirvəsinə ucalan Səfərzadə Vidadi Vaqif oğlunun və Əliyev Ənvər Bilal oğlunun ailələrini ziyarət edib. Ziyarət zamanı şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad olunub, ailələrinin qayğı və problemləri ilə maraqlanılıb, müraciətləri dinlənilib. Bildirilib ki, şəhid ailələrinə göstərilən dövlət qayğısı və onların sosial məsələlərinin həlli daim diqqət mərkəzində saxlanılır.