22.10.2026-cı il tarixdə Sədərək Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, başçının səlahiyyətlərini müvəqqəti icra edən Yusif Seyidov Dəmirçi kəndində sakinlərlə səyyar qəbul keçirib.

Qəbul zamanı sakinlərin müraciətləri, onları narahat edən məsələlər və mövcud problemlər dinlənilib. Qaldırılan məsələlərin bir qismi yerində araşdırılıb, digər müraciətlərin isə aidiyyəti üzrə öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun həlli istiqamətində müvafiq tapşırıqlar verilib. Sakinlər tərəfindən qaldırılan məsələlərin diqqətdə saxlanılacağı və onların həlli istiqamətində zəruri tədbirlərin görüləcəyi bildirilib.