Tədbirdə əvvəlcə Ulu öndər Heydər Əliyev və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Sədərək Rayon İcra Hakimiyyətinin sektor müdiri Muşviq Məmmədov qeyd etmişdir ki, şəhidlər canlarından keçməklə xalqın qəhrəmanlıq dastanını, azadlığını canı ilə qazanıb, qanı ilə yazanlardır. Ordu-xalq birliyinin qarşısında dayana bilməyən düşmən kapitulyasiya aktını imzalamağa məcbur oldu. O ordu ki,antiterror əməliyyatlarında 24 saat tamam olmadan suverenliyimizi bərpa etdilər, o xalq ki, haqq-ədalət mübarizəsi apararaq ədaləti bərqərar etdilər, o lider ki, qətiyyəti, əzmkarlığı və dəmir yumruğu daim düşmənin başı üzərindən əksik etmədi. Bu faktorlar xalqımızı və ordumuzu müzəffər etdi.
Sonda şəhidimizin oxuduğu məktəbin şagirdləri şeirlərlə şəhidimizi yad ediblər.