21.05.2026-cı il tarixdə Heydərabad qəsəbəsində növbəti səyyar qəbul keçirilib.

Səyyar qəbul zamanı vətəndaşların gündəlik həyatında qarşılaşdıqları çətinliklər, yaşayış məntəqəsinin inkişaf perspektivləri, abadlıq işləri, suvarma, yol infrastrukturu və sosial məsələlərlə bağlı müraciətləri dinlənilib. Sakinlərin səsləndirdiyi təkliflər qeydə alınaraq aidiyyəti qurumlarla birgə həlli istiqamətində müvafiq tədbirlərin görüləcəyi bildirilib.
Görüşdə qeyd olunub ki, əhali ilə birbaşa ünsiyyətin qurulması, onların fikir və təşəbbüslərinin öyrənilməsi həyata keçirilən işlərin daha səmərəli təşkilinə imkan yaradır. Bu baxımdan kənd və qəsəbələrdə təşkil olunan səyyar qəbullar vətəndaş məmnunluğunun artırılmasında mühüm rol oynayır.
Qəsəbə sakinləri də öz növbəsində göstərilən diqqətə görə təşəkkür edərək, belə görüşlərin qarşılıqlı anlaşma və operativ həll baxımından əhəmiyyətini vurğulayıblar.