1991-ci il 3 sentyabr: Ulu Öndərin Ali Məclisin Sədri seçildiyi gün - dövlətçilik yolunda dönüş nöqtəsi
Görkəmli dövlət xadimi, Ümummilli Lider Heydər Əliyevin 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən fövqəladə sessiyada deputatların və iclas zalının qarşısına toplaşan minlərlə insanın təkidi ilə Ali Məclisin Sədri seçilməsi dahi şəxsiyyətə xalqın böyük etimadının nəticəsi idi.