19 noyabr 2026-cı il tarixində Sədərək Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, başçının səlahiyyətlərini müvəqqəti icra edən Yusif Seyidov tərəfindən Qaraağac kəndində sakinlərin müraciət və təkliflərinin dinlənilməsi məqsədilə səyyar qəbul keçirilib.
Qəbul zamanı kənd sakinlərinin müraciətləri dinlənilib, onları narahat edən məsələlər müzakirə olunub. Qaldırılan problemlərin həlli istiqamətində müvafiq tapşırıqlar verilib, aidiyyəti qurumların rəhbərlərinə müraciətlərin qanunvericiliyin tələblərinə uyğun araşdırılması və həlli üçün zəruri tədbirlərin görülməsi tövsiyə edilib. Səyyar qəbulların keçirilməsində əsas məqsəd vətəndaş məmnunluğunun təmin edilməsi, sakinlərin problemlərinin yerində öyrənilməsi və operativ həllinə nail olunmasıdır.