19.08.2026-cı il tarixdə Sədərək kəndində vətəndaşların səyyar qəbulu keçirilib.

Sədərək Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, başçının səlahiyyətlərini müvəqqəti icra edən Yusif Seyidov Sədərək kəndində sakinlərlə səyyar qəbul keçirib. Qəbul zamanı vətəndaşların müraciət və təklifləri dinlənilib, qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib. Vətəndaş müraciətlərinin operativ araşdırılması və həlli istiqamətində işlərin davam etdiriləcəyi bildirilib.