17.09.2026-cı il tarixdə Heydərabad qəsəbəsində sakinlərlə səyyar qəbul keçirilib

Sədərək Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, başçının səlahiyyətlərini müvəqqəti icra edən Yusif Seyidov Heydərabad qəsəbəsində sakinlərlə səyyar qəbul keçirib. Qəbul zamanı qəsəbə sakinlərinin müraciətləri, təklifləri və onları narahat edən məsələlər dinlənilib, qaldırılan problemlər ətrafında müzakirələr aparılıb. Vətəndaşların müraciətlərinin operativ araşdırılması və həlli ilə bağlı aidiyyəti şəxslərə müvafiq tapşırıqlar verilib, icrası araşdırma tələb edən məsələlər nəzarətə götürülüb. Səyyar qəbulların keçirilməsində əsas məqsəd sakinlərlə birbaşa ünsiyyət qurmaq, onların problemlərini yerində öyrənmək və həlli istiqamətində çevik tədbirlər görməkdir.