Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Sədərək Rayon İcra Hakimiyyəti başçısı aparatının Memarlıq-tikinti məsələləri sektorunun müdiri Vüqar Süleymanov çıxış edərək Ümummilli Lider Heydər Əliyevin şəhərsalma və memarlıq sahəsinin inkişafına verdiyi töhfələrdən, milli memarlıq irsinin qorunmasının və təbliğinin əhəmiyyətindən danışıb.
Qeyd olunub ki, şəhərsalma və memarlıq irsinin öyrənilməsi və gələcək nəsillərə çatdırılması milli-mənəvi dəyərlərimizin qorunması və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından mühüm əhəmiyyət kəsb edir.