13 noyabr 2026-cı il tarixdə Dəmirçi kəndində səyyar qəbul keçirilib.

13 noyabr 2026-cı il tarixdə Sədərək Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, başçının səlahiyyətlərini müvəqqəti icra edən Yusif Seyidov tərəfindən Dəmirçi kəndində vətəndaşların səyyar qəbulu keçirilib. Səyyar qəbulda kənd sakinlərinin müraciətləri, qaldırdıqları problemlər və onları narahat edən məsələlər dinlənilib. Vətəndaşlar tərəfindən əsasən sosial məsələlər, məşğulluq, infrastruktur və digər gündəlik problemlərlə bağlı müraciətlər səsləndirilib.Yusif Seyidov müraciətlərin diqqətlə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli istiqamətində aidiyyəti üzrə tapşırıqlar verib.