12 dekabr Ümummilli Lider Heydər Əliyevin anım günü

Sədərək rayonunda 12 dekabr –Ulu Öndər Heydər Əliyevin anım günü münasibətilə Sədərək Rayon İcra Hakimiyyətinin, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri və rayon sakinləri müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, Ümummilli Lider Heydər Əliyevin Heydərabad qəsəbəsində əzəmətlə ucalan abidəsini ziyarət ediblər. Abidə önünə güllər qoyulub, Ulu Öndərin xatirəsi dərin ehtiramla yad edilib.