12.08.2026-cı il tarixdə Sədərək rayonunda növbəti səyyar qəbul keçirilib.

Sədərək Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, başçının səlahiyyətlərini müvəqqəti icra edən Yusif Seyidov tərəfindən növbəti səyyar qəbul Sədərək rayonunun Heydərabad qəsəbəsində keçirilib. Səyyar qəbul zamanı qəsəbə sakinlərinin müraciət və təklifləri dinlənilib, onları narahat edən məsələlər müzakirə olunub. Vətəndaşların müraciətlərinin aidiyyəti üzrə araşdırılması və həlli ilə bağlı müvafiq tapşırıqlar verilib.