11.06.2026-cı il tarixdə Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə tərəfindən rayonun Dəmirçi kəndində vətəndaşların səyyar qəbulu keçirilib.

Səyyar qəbul zamanı vətəndaşların müraciət, təklif və problemləri dinlənilib, qaldırılan məsələlərin bir qismi yerində həll olunub, əlavə araşdırma tələb edən müraciətlər isə aidiyyəti qurumlara yönləndirilərək nəzarətə götürülüb.
Rayon İcra Hakimiyyətinin başçısı vətəndaş müraciətlərinə həssaslıqla yanaşılmasının, əhalini narahat edən məsələlərin operativ həllinin dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu vurğulayıb. Bildirilib ki, rayonun yaşayış məntəqələrində keçirilən səyyar qəbullar sakinlərlə birbaşa ünsiyyətin qurulmasına, onların problem və təkliflərinin yerində öyrənilməsinə, habelə mövcud məsələlərin həlli istiqamətində operativ tədbirlərin görülməsinə xidmət edir.
Qəbulun sonunda vətəndaşlar göstərilən diqqətə görə minnətdarlıqlarını ifadə edib, səyyar qəbulların davamlı keçirilməsinin əhəmiyyətini qeyd ediblər.