10.09.2026-cı il tarixdə Sədərək Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, başçının səlahiyyətlərini müvəqqəti icra edən Yusif Seyidov Qaraağac kəndində sakinlərlə səyyar qəbul keçirib.

Qəbul zamanı kənd sakinlərinin müraciətləri, təklifləri və onları narahat edən məsələlər dinlənilib. Sakinlər tərəfindən sosial-məişət, infrastruktur, kommunal xidmətlər, kənd təsərrüfatı və digər məsələlərlə bağlı müraciətlər səsləndirilib. Qaldırılan məsələlərin bir qismi yerindəcə araşdırılıb, həlli aidiyyəti qurumların səlahiyyətində olan müraciətlər isə nəzarətə götürülərək müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti üzrə yönləndirilib.