1. Sədərək Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar görüşü Heydərabad qəsəbəsində keçirilib.

Görüşdə haqqı ödənilən ictimai işlərdə çalışan işçilər iştirak ediblər.
Səyyar görüş zamanı ərazidə görülən işlər, mövcud vəziyyət və qarşıda duran vəzifələr müzakirə olunub. İctimai işçilərin məşğulluğunun təmin edilməsi, park və ətraf ərazilərdə abadlıq işlərinin davam etdirilməsi, yaşıllıqlara qulluq, təmizlik və digər xidmətlərin keyfiyyətinin artırılması ilə bağlı tapşırıqlar verilib.
Görüş zamanı işçiləri maraqlandıran məsələlər dinlənilib, onların təklif və müraciətləri qeydiyyata alınaraq aidiyyəti üzrə baxılması üçün müvafiq göstərişlər verilib. Səyyar görüşdə görülən işlərin davamlılığının təmin olunmasının vacibliyi vurğulanıb, ərazinin abad saxlanılması və mövcud yaşıllıqların qorunması ilə bağlı tapşırıqlar diqqətə çatdırılıb.