09.10.2026-cı il tarixdə Sədərək rayonunda şəhid ailələri ziyarət olunub

Sədərək Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, başçının səlahiyyətlərini müvəqqəti icra edən Yusif Seyidov şəhidlik zirvəsinə ucalmış Məmmədov Mürvət Allahverdi oğlunun və Mehdiyev Lətif Nəsib oğlunun ailələrini ziyarət edib. Ziyarət zamanı şəhidlərin əziz xatirəsi ehtiramla yad olunub, ailələrinin qayğıları ilə maraqlanılıb və onlara diqqət göstərilməsinin vacibliyi vurğulanıb.