8 Noyabr – Zəfər Günü münasibətilə Sədərək rayonunda şəhid ailələrinə ziyarətlər təşkil olunub. Sədərək Rayon İcra Hakimiyyətinin və rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların nümayəndələri şəhid ailələrini ziyarət ediblər. Ziyarət zamanı Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın əziz xatirəsi dərin ehtiramla yad edilib. Şəhid ailələrinin qayğıları ilə maraqlanılıb, onların sosial vəziyyəti və gündəlik problemləri diqqətdə saxlanılıb. Bildirilib ki, şəhid ailələrinə dövlət səviyyəsində göstərilən diqqət və qayğı bundan sonra da davam etdiriləcək, onların problemlərinin həlli istiqamətində zəruri tədbirlər görüləcəkdir. Şəhidlərimizin əziz xatirəsi daim qəlbimizdə yaşayacaq, onların qəhrəmanlığı və Vətənə sədaqəti gələcək nəsillər üçün əbədi örnək olacaqdır.