Qəbul zamanı kənd sakinlərinin müraciət və təklifləri dinlənilib, qaldırılan məsələlərin bir qismi yerində araşdırılıb, icrası vaxt tələb edən müraciətlər isə aidiyyəti üzrə nəzarətə götürülərək müvafiq qurumlara yönləndirilib. Yusif Seyidov vətəndaş müraciətlərinə həssaslıqla yanaşılmasının, onların problemlərinin operativ və qanunvericiliyin tələblərinə uyğun şəkildə həll edilməsinin Sədərək Rayon İcra Hakimiyyətinin fəaliyyətində əsas prioritetlərdən biri olduğunu bildirib.