06.05.2026-cı il tarixdə Sədərək Rayon İcra Hakimiyyəti başçısının vətəndaşlarla növbəti səyyar qəbulu Qaraağac kəndində keçirilmişdir.

Qəbulda kənd sakinlərinin müraciət və təklifləri dinlənilmiş, onları narahat edən sosial-məişət, məşğulluq, torpaq münasibətləri, kommunal xidmətlər və digər məsələlər ətrafında müzakirələr aparılmışdır.
Vətəndaşlar tərəfindən qaldırılan müraciətlər aidiyyəti üzrə qeydə alınmış, həlli mümkün olan məsələlərin yerində araşdırılması təmin edilmiş, əlavə araşdırma tələb edən müraciətlərin icrası ilə bağlı müvafiq qurum rəhbərlərinə tapşırıqlar verilmişdir.
Qəbul zamanı əhalinin müraciətlərinə operativ və obyektiv baxılmasının, vətəndaş məmnunluğunun təmin edilməsinin, habelə yerlərdə mövcud problemlərin vaxtında müəyyən edilərək aradan qaldırılmasının daim diqqət mərkəzində saxlanıldığı vurğulanmışdır.