03.09.2026-cı ildə Sədərək Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, başçının səlahiyyətlərini müvəqqəti icra edən Yusif Seyidov Sədərək kəndində sakinlərlə görüşərək vətəndaşların müraciətlərini dinləyib.

Səyyar qəbul zamanı kəndin sosial-məişət vəziyyəti, infrastruktur məsələləri və sakinləri narahat edən digər problemlər müzakirə olunub. Vətəndaşlar tərəfindən irəli sürülən təklif və müraciətlərin hər biri diqqətlə nəzərdən keçirilib. Görüşdə qaldırılan məsələlərin aidiyyəti qurumlarla birgə araşdırılması və qanunvericiliyə uyğun həlli istiqamətində müvafiq tədbirlərin görüləcəyi qeyd olunub.