03.06.2026-cı il tarixdə Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə Qaraağac kəndində növbəti səyyar qəbul keçirib.

Səyyar qəbul zamanı vətəndaşların müraciət və təklifləri dinlənilib, onları narahat edən məsələlər ətrafında müzakirələr aparılıb. Qaldırılan məsələlərin həlli ilə bağlı müvafiq tapşırıqlar verilib.
Qəbul zamanı vətəndaş müraciətlərinə həssas yanaşılmasının, onların vaxtında və obyektiv araşdırılmasının vacibliyi vurğulanıb. Səyyar qəbulların keçirilməsində əsas məqsəd sakinlərin müraciətlərinin yerində öyrənilməsi və mövcud problemlərin operativ həllinə nail olunmasıdır.