Səyyar qəbulda kənd sakinlərinin müraciətləri, onları narahat edən sosial və məişət məsələləri, eləcə də kəndin mövcud problemləri dinlənilib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində müzakirə olunub, aidiyyəti üzrə həlli mümkün olan məsələlərlə bağlı müvafiq tapşırıqlar verilib. Yusif Seyidov vətəndaş müraciətlərinə həssaslıqla yanaşılmasının, qaldırılan problemlərin qanunvericiliyin tələblərinə uyğun və operativ şəkildə araşdırılmasının vacibliyini vurğulayıb. Bildirilib ki, əhali ilə mütəmadi görüşlərin və səyyar qəbulların keçirilməsində əsas məqsəd sakinlərin problemlərinin yerində öyrənilməsi, vətəndaş məmnunluğunun təmin edilməsi, müraciətlərin həlli istiqamətində zəruri tədbirlərin görülməsi və rayon sakinləri ilə birbaşa ünsiyyətin gücləndirilməsidir. Səyyar qəbul zamanı qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib, onların icrası nəzarətə götürülüb.