01.07.2026-cı il tarixdə Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə Dəmirçi kəndində səyyar qəbul keçirib.

Səyyar qəbul zamanı kənd sakinləri tərəfindən əsasən yolların işıqlandırılması, qaz təchizatının yaxşılaşdırılması, kənddaxili infrastrukturun inkişafı və digər sosial məsələlərlə bağlı müraciətlər səsləndirilib.
Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə vətəndaşların müraciətlərini dinləyərək qaldırılan məsələlərin həlli istiqamətində aidiyyəti üzrə müvafiq tapşırıqlar verib, əlavə araşdırma tələb edən müraciətlərin isə qanunvericiliyin tələblərinə uyğun şəkildə baxılması üçün nəzarətə götürüldüyünü bildirib.
Səyyar qəbul vətəndaşların müraciətlərinin yerində öyrənilməsi və mövcud problemlərin operativ həlli istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində baş tutub.