Martın 16-da Sədərək rayonunda Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması və Naxçıvan Muxtar Respublikasının yaranmasının 100-cü ildönümü münasibətilə ağacəkmə aksiyası təşkil olunub.
Keçirilən ağacəkmə aksiyasında Sədərək Rayon İcra Hakimiyyətinin tədbirlər planına əsasən 1.6 hektar ərazidə yeni bağ salınaraq 500 ədəd tut tingi, 400 ədəd ərik tingi əkilib. Həmçinin 5 hektar ərazidə yenidən bərpa işləri aparılaraq 2230 ədəd meyvə ağacı, 1400 ədəd dekorativ ağac (akasiya, ağcaqayın, katalpa, oleandır, kiparis, palıd, çinar) əkilib.