Sədərək rayonunun 1 saylı tam orta məktəbində Vətən müharibəsi şəhidi Ələkbərov Niyaməddin İsrafil oğlunun əziz xatirəsinə həsr olunmuş stolüstü tennis üzrə rayon birinciliyi keçirilib. Tədbirə başlamazdan əvvəl şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Sədərək Rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Vüqar Süleymanov, Gənclər və İdman idarəsinin rəisi Polad Rzazadə və digərləri çıxış edərək bildiriblər ki, Niyaməddin Ələkbərov 44 günlük Vətən müharibəsində misilsiz qəhrəmanlıqlar göstərən igid bir hərbçi olub. Tədbirdə iştirak edən Şəhidin əmisi oğlu Ələkbərov Mahir yarışın təşkilatçılığına görə təşəkkürünü bildirib.
Tədbirdə 20 şagird iştirak edib. Birinciliyin yekun nəticələrinə əsasən Məmmədov Elnur I yerə, Babayev Vedad II yerə, Salahsoy Elvin III yerə layiq görülmüşlər. Qızların mübarizəsində isə Əsgərli Zivər I yerə, Babayeva Zeynəb II yerə və Məmmədhəsənli Fatimə III yerə layiq görülmüşdür. Sonda qaliblər təşkilatçıların diplom və medalları ilə mükafatlandırılıblar.