Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Sədərək rayonunda tədbir keçirilib. İlk öncə Heydərabad qəsəbəsində Ulu Öndərin büstü önünə gül dəstələri düzülüb, əziz xatirəsi dərin ehtiramla yad edilib.
Daha sonra rayonun Mədəniyyət Sarayında tədbir davam edib. Tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilmiş, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir.
Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə tədbirdə çıxış edərək bildirdi ki, 10 May - Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın və dövlətimizin müstəqilliyi, inkişafı naminə böyük xidmətlər göstərmiş Ümummilli Lider Heydər Əliyevin doğum günüdür. Müasir Azərbaycan tarixindən söhbət düşəndə ilk öncə gözümüzün önündə bütün həyatını xalqının xoşbəxtliyinə həsr edən Heydər Əliyev canlanır. Özünün dediyi kimi azərbaycanlı olması ilə daim qürur duyan bu böyük şəxsiyyətin həyatının 40 ildən artıq bir dövrü ölkəmizin tərəqqisi naminə apardığı mübarizəyə həsr olunub. Odur ki, Azərbaycanın inkişaf prosesinin əsasını qoyan, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu olan Heydər Əliyev xalqımızın qəlbində daim yaşayır və yaşayacaqdır.
Xoşbəxt o xalqdır ki, Vətənə sevgisi, xalqa ehtiramı, dövlətə sadiqliyi ilə hər bir kəsə örnək olan, zəkası, dühası və istedadı ilə dünyada tanınan, bütün ömrünü doğma xalqının xoşbəxt gələcəyi uğrunda mübarizəyə həsr etmiş tarixi şəxsiyyətləri var. Azərbaycan xalqı da xoşbəxtdir ona görə ki, dünya dahilərinin sırasına yüksəlmiş Heydər Əliyev kimi Ümummilli lider var.
Daha sonra Yeni Azərbaycan Partiyasının Sədərək Rayon təşkilatının sədri Arif Qasımov və Partiyanın üzvü Vüsalə Əliyeva çıxış edərək bildiriblər ki, görkəmli dövlət xadimi Heydər Əliyev çıxışlarının birində qeyd etdiyi kimi: “Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycana, Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub” deyərək vurğulamasıdır.
Sonda Tədbir konsert proqramı ilə davam edib.