
2025-ci ildə Naxçıvan Muxtar Respublikasının ərazisində yağıntıların miqdarı həddindən artıq aşağı olması, su böhranının yaşandığı bir dövrdə bu böhranın qarşısını almaq və mövcud su ehtiyatlarından səmərəli istifadə etmək qlobal şəkildə cəmiyyət qarşısında duran mühüm vəzifələrdən biridir. Digər dünya ölkələri ilə müqayisədə Azərbaycanın təbii su mənbələrinin və əhalinin içməli su təminatının qənaətbəxş olmasına baxmayaraq, ehtiyatlarımızın məhdudluğu danılmaz bir faktdır. Elə bu səbəbdən də suya qənaət və ondan səmərəli istifadə etmək gələcək nəsillər üçün olduqca mühüm məsələdir. Lakin daxili su mənbələrinin məhdudluğu, iqlim dəyişiklikləri və suyun bəzən qeyri-effektiv istifadəsi vəziyyəti çətinləşdirən mühüm amillərdəndir. Məhz bu baxımdan quraq, kontinental iqlim xarakterinə malik muxtar respublikamızda yağıntıların azlığı, qış mövsümündə qarın az yağması kənd təsərrüfatı sahəsində özünü xüsusilə büruzə verir. Su qıtlığının yarandığı bir dövrdə əhalinin sudan qənaətlə istifadə etməsinə dair məlumatlandırma tədbirlərinin keçirilməsinə zərurət yaranmışdır. Sədərək rayonunda əhalinin sudan qənaətlə istifadə etməsinə çağırış məqsədilə rayonun icra başçısı Naim Cahidzadə Qaraağac kəndinin bir qrup sakini ilə görüş keçirdib. Görüş zamanı tədbir iştirakçılarına mövcud su ehtiyatlarından qənaətlə istifadə edilməsi üçün söhbət aparılıb və mövcud su problemi barədə geniş söhbət aparılıb.

