Sədərəkdə Xocalı soyqırımı qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edilib

Xocalı soyqırımının 33-cü ildönümü münasibətilə saat 17:00-da Azərbaycanın bütün ərazisində olduğu kimi, Sədərək Rayonunda da Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Bununla bağlı Sədərək Rayon  ərazisində nəqliyyatın və piyadaların hərəkəti 1 dəqiqəlik dayandırılıb. Eyni zamanda avtomobillər siqnal veriblər.