Sədərəkdə uşaq müəssisələrində sanitar-gigiyenik vəziyyətlə bağlı maarifləndirici seminar keçirilmişdir.

Sədərək kənd 2 nömrəli tam orta məktəbdə Sədərək Rayon İcra Hakimiyyəti, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Naxçıvan Muxtar Respublikası İctimai Səhiyyə Xidmətinin Sanitar Karantin Şöbəsi və Sədərək Rayon Təhsil Şöbəsi əməkdaşlarının iştirakı ilə uşaq müəssisələrində sanitar-gigiyenik vəziyyətlə bağlı maarifləndirici seminar keçirilmişdir.
Tədbirdə çıxış edənlər uşaq müəssislərində sanitar-gigiyenik vəziyyətin daim nəzarətdə saxlanmasının əhəmiyyətini qeyd etmişdirlər.
Çıxışlar zamanı uşaq sağlamlığının qorunmasının dövlətin sosialyönümlü siyasətinin prioritet istiqamətlərindən biri olduğu, Azərbaycan Respublikasının sanitariya qanunvericiliyinin pozulmasına görə məsul olan şəxslərin hüquqi məsuliyyət daşıdıqları diqqətə çatdırılmışdır.
Sanitar-gigiyenik vəziyyətə məsul olan şəxslərlə yanaşı, müəllimlərin də iştirak etdiyi tədbir diskussiya xarakterli olmuşdur.
Maarifləndirici seminarda 35 nəfər iştirak etmişdir.
Seminarın sonunda iştirakçıların sualları cavablandırılmış və maarifləndirici broşüralar paylanılmışdır.