Sədərəkdə “Diqqət, uşaqlar!” mövzusunda yol hərəkət qaydaları ilə bağlı maarifləndirici söhbətlər aparılmışdır

23 sentyabr 2025-ci il tarixində Sədərək kənd 1 nömrəli tam orta məktəbində, Sədərək kənd 2 nömrəli tam orta məktəbində və Heydərabad qəsəbə körpələr evi-uşaq bağçasında Sədərək Rayon İcra Hakimiyyəti, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsi, Sədərək Rayon Polis şöbəsi, Sədərək Rayon Təhsil şöbəsi və Sədərək Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə uşaqların həyat və sağlamlığının təhlükəsizliyini təmin etmək üçün yol hərəkəti qaydalarını öyrətmək, yol hərəkəti qaydaları ilə bağlı biliklərini artırmaq və təhlükəsiz davranış qaydalarını təbliğ etmək məqsədilə “Diqqət, uşaqlar!” mövzusunda yol hərəkət qaydaları ilə bağlı maarifləndirici söhbətlər aparılmış və təqdimatlar keçirilmişdir.

Keçirilən tədbirlərdə 40 uşaq iştirak etmişdir.