Sədərək Rayonunda təyyarə qəzasında həlak olanların xatirəsi bir dəqiqəlik sükutla anılıb.

AZAL-a məxsus təyyarənin Aktau yaxınlığında qəzaya düşməsi nəticəsində çoxsaylı insan itkisi səbəbindən bu gün Azərbaycanda matəm günüdür.
Sədərək Rayonunda təyyarə qəzasında həlak olanların xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Ölkə ərazisində olduğu kimi, Sədərək rayonunda da saat 12:00-da bədbəxt hadisədə həyatlarını itirən vətəndaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, nəqliyyat vasitələrinin və piyadaların hərəkəti dayandırılıb, avtomobillərdən səs siqnalları verilib. Hüzn əlaməti olaraq dövlət bayraqları endirilib.