Sədərək rayonunda seçki prosesi uğurla başa çatıb.
29.01.2025-ci il tarixində keçirilən bələdiyyə seçkilərində
1 saylı Şərur-Sədərək seçki dairəsinin Sədərək rayonu üzrə, ümumilikdə, 11 seçki məntəqəsi var. Onlardan 10-u daimi, 1-i müvəqqətidir. Sədərək rayonunda seçicilərin ümumi sayı 13 min 032 nəfərdir ki, bunlardan da 109-u ilk dəfə səs verir. Belə ki, seçki prosesinin necə keçirildiyini yaxından izləyən Media nümayəndələri rayon ərazisində yerləşən 1 saylı Şərur-Sədərək seçki dairəsinin Sədərək rayonu üzrə seçki məntəqələrində çəkilişlər həyata keçiriblər. Səhər saatlarından etibarən rayonumuzun məntəqələrində sakinlərin fəallığı müşahidə olunub və günün son saatlarında seçki prossesi uğurla yekunlaşıb.