Sədərək rayonunda rayon icra hakimiyyəti başçısının növbəti səyyar görüşü keçirilib

 

 

Yanvarın 9-da Sədərək Rayon İcra Hakimiyyətinin başçısı  Naim Cahidzadə Arxeoloji abidələrimizi, tikililərimizi qorumaq naminə aidiyyəti qurumlar üzrə məsul şəxslər və yerli sakinlərlə Qaraağac kəndindəki qədim yaşayış məskəni, şəhər mədəniyyəti izlərini daşıyan  Kültəpə (Sədərək Kültəpəsi) ərazisində görüşüb.

 

Naim Cahidzadə çıxışında qeyd edib ki, Naxçıvan Muxtar Respublikasının ərazisində fəaliyyət göstərən beynəlxalq Azərbaycan-ABŞ arxeoloji ekspedisiyasının fəaliyyəti zamanı ekspedisiyanın Sədərək rayonunda yerləşən Kültəpə (Sədərək Kültəpəsi) yaşayış yerində apardığı araşdırmalar zamanı olduqca önəmli nəticələr əldə edilmişdir. Qədim Kültəpə ümumiyyətlə rayonun turizm potensialını artırmaq üçün qədim abidələrin tanıdılması rayon üçün də əhəmiyyətlidir. Qədim abidələri qorumaq, tanıtmaq, dünya turizminin diqqətini bölgəyə çəkmək üçün hər bir təklif dəyərlidir. Görünən o ki, eramızdan əvvələ, dəmir dövründən də qədimlərə aid olduğu düşünülən Sədərək Kültəpəsi hərtərəfli tədqiqatlarla həm elm adamlarının , həm mədəni ictimaiyyətin, xarici və yerli turizmin diqqət mərkəzində olacaqdır.

Tədbirdə Sədərək kənd 1 nömrəli tam orta məktəbin Tarix müəllimi Əsgərli Vurğun, Sədərək Rayon Təhsil şöbəsinin baş məsləhətçisi Bayramzadə Yalçın, Sədərək rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin direktoru Əliyeva Kəmalə çıxış edərək qədim yaşayış məskəni barədə məlumatlar vermiş, yaşayış məskəninin tanıdılması və turistlərin cəlbi üçün təkliflər səsləndirmişlər.

Sonda icra başçısı müvafiq tapşırıqlar vermişdir.