Sədərək rayonunda gender bərabərliyin əsas götrülməsi ilə yeni açılacaq iş yerlərində əziz xanımlarin işləməsi üçün maarifləndirici söhbət aparılmışdır.
Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə və "Sədərək" Firmasının rəhbəri Ənvər Qədimbəyli çıxış edərək qeyd ediblər ki, Azərbaycan qadını tarixboyu cəmiyyətimizin, milli-mənəvi dəyərlərimizin inkişafında böyük rol oynayıb. Ulu Öndər Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrlərdə zəhmət sahiblərinə, qadınlara böyük dəstək və qayğı göstərmişdir. Bu gündə böyük mədəni irsə malik olan xalqımız cəmiyyətdə, qadının rolunu hər zaman yüksək qiymətləndirir.
“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” ölkə iqtisadiyyatının davamlı və tarazlı inkişafının təmin edilməsi və vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılması, məşğulluq imkanlarının artırılması, əhalinin həyat səviyyəsinin yüksəldilməsi, təbii ehtiyatlardan səmərəli istifadə edilməsi, ətraf mühitin mühafizəsinin təmin olunması ilə yanaşı, sahibkarların fəaliyyəti üçün də geniş imkanlar açıb. Naxçıvan Muxtar Respublikasında sənaye sahəsində fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarların fəaliyyətinin dəstəklənməsi, sənayenin davamlı inkişafının təmin edilməsi muxtar respublikada iqtisadi inkişafın sürətləndirilməsi və iqtisadi canlanmanın təşviqi üçün əlverişli biznes mühitinin formalaşdırılması bu sahədə prosedurların sadələşdirilməsi və asanlaşdırılması məqsədilə tədbirlərin icrası vasitəsilə həyata keçirilməkdədir.
Sədərək rayonunda da dövlətin iqtisadi siyasətinin düzgün aparılması məqsədilə Sədərək firmasının rəhbəri, iş adamı Ənvər Qədimbəylinin dəstəyi ilə rayon ərazisində qadınların işlə təmin olunması üçün konserva və tikiş müəssələrinin yaradılması planı tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Görüşdə ailə büdcəsinə köməklik etmək üçün qadınların istehsalat işlərinə cəlb edilməsi və onların zəhmətindən səmərəli istifadə edilməsi mövzusunda müzakirə aparılıb. Yekunda bütün işlərin dövlət dəstəyi ilə həyata keçirilməsi və başlanğıc olaraq 50 iş yerinin yaradılması nəzərdə tutulduğu bildirilib.