Sədərək rayonunda Novruz bayramına həsr olunmuş ümumrayon tədbiri keçirilib

Xalqımızın milli-mənəvi varlığını özündə əks etdirən Novruz bayramı əsrlərdir ümumxalq səviyyəsində qeyd olunur. Suverenliyini bərpa etmiş ölkəmizdə bu il də bayram böyük coşqu ilə qeyd edilir. Bayram ərəfəsində Azərbaycanın hər yerində şənliklər, konsert və əyləncəli proqramlar təşkil olunur. Bu münasibətlə rayonumuzda da Sədərək Rayon İcra Hakimiyyətinin və Sədərək Rayon Mədəniyyət şöbəsinin  birgə təşkilatçılığı ilə tədbir keçirilmişdir.

Sədərək Rayon Mədəniyyət sarayının həyatyanı ərazisində keçirilən Novruz bayramına həsr olunmuş ümumrayon tədbirində Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri, şəhid ailələri, qazilər, və rayon sakinləri iştirak ediblər.

Novruz bayramının əsas personajları olan Kosa və Keçəl öz maraqlı çıxışları ilə şənliyə xüsusi zövq qatıblar.