Sədərək rayonunda "Konstitusiya və Suverenlik İli" çərçivəsində növbəti ağac əkmə aksiyası keçirilib.
Sədərək Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə yaşıllıq zolaqlarının salınması, ekoloji tarazlığın bərpası və ətraf mühitin mühafizəsi istiqamətində Dəmirçi kəndində mərkəzi kənd yolunun ətrafında ağacəkmə aksiyası keçirilib. Aksiya zamanı ümumilikdə yenidən bərpa üçün ağac əkini aparılan ərazilərdə əvvəlcə təmizlik işləri aparılaraq, səliqə-səhman yaradılıb. Aksiyada 50 ədəd "Xan Çinar" tingi əkilmiş və suvarma işləri aparılmışdır.